Azərbaycanda müğənniyə hökm oxundu - 6 ay


12:58     27 Aprel 2022 22_04_27_1651046322.jpg

Müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasında olan şikayətə baxılıb.

Femida.az APA-ya istinadən xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Hökmə əsasən, Dəniz Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib.

Qeyd edək ki, Dəniz Əsədovadan bəstəkar-müğənni Cabbar Musayev xüsusi ittiham qaydasında şikayət edib. C.Musayev müğənninin onu təhqir etdiyi və böhtan atdığını bildirərək məhkəməyə müraciət edib.

Açar sözlər:

Oxunub: 386