Maliyyə Nazirliyində kadr yerdəyişmələri olub
15:14 28 Aprel 2022
Maliyyə Nazirliyində kadr yerdəyişmələri həyata keçirilib.
Femida.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Dövlət Xəzinədarlıq Agentliyinin direktoru Elman Piriyev Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi Xaqani Rzayev Dövlət aparatının maliyyə şöbəsinin müdiri, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Famil İsmayılov həmin şöbənin müdiri, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov isə İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri vəzifələrinə keçiriliblər.
Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsinin icrası Agentliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Nazim Qasımzadəyə, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru vəzifəsinin icrası isə Mərkəzin İmtahanların təşkili və keyfiyyət təminatı şöbəsinin müdiri Gülşən Orucovaya həvalə olunub.
Oxunub: 329
Oxşar xəbərlər
- Maliyyə Nazirliyində yeni təyinat olub
- Maliyyə Nazirliyi də artımlarla bağlı işlərə başladı
- Maliyyə nazirindən ittiham: "Pul ayrılır, nəticə yoxdur"
- Maliyyə Nazirliyinin əməkdaşı qəfildən vəfat edib
- Maliyyə Nazirliyi büdcə hesabatını yaydı
- Maliyyə Nazirliyindən QHT-lərə MÜRACİƏT
- Maliyyə dəstəyi üçün 148 minə yaxın vergi ödəyicisi müraciət edib
- Maliyyə Nazirliyindən daha bir xəbərdarlıq!
- Maliyyə Nazirliyinin əməkdaşı vəfat edib
- Maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb