15 il axtarışda olan qadın tutuldu


21:42     28 Aprel 2022 2022/04/1038438_1651167949.jpg

Azərbaycanda insan alverində təqsirli bilinərək axtarışda olan qadın 15 ildən sonra tutulub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində beynəlxalq axtarışda olan Aybəniz Səfərzadənin Pakistanda gizləndiyi məlum olub. 15 il bu ölkədə gizlənən Aybəniz Səfərzadə aprelin 26-da saxlanılıb.

Məlumata görə, Aybəniz Səfərzadə rəsmi sənədlərini və hətta ad-soyadını belə dayişibmiş.

Xatırladaq ki, təqsirləndirilən Aybəniz Səfərzadə və bacısı Almaz Səfərova azərbaycanlı qadınları Pakistanda cinsi istismara məruz qoymaqda təqsirli bilinirlər. Buna görə onların hər iksi barəsində 2006-cı ildən cinayət işi başlanıb.

İnterpol xətti ilə axtarılan bacılardan Aybəniz Səfərzadə iki gün əvvəl tutulsa da, Almaz Səfərovanın saxlanılması hələlik mümkün olmayıb.

Hazırda hadisə ilə bağlı istintaq araşdırmaları aparılır.

Açar sözlər:

Oxunub: 455