Quterreş Zelenski ilə keçirdiyi görüşün detallarını açıqlayıb


09:08     29 Aprel 2022 22_04_28_1651172936.jpg

BMT baş katibi Antoniu Quterreş Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqların detallarını açıqlayıb.

Femida.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Quterreş Ukrayna lideri ilə Mariupoldan təxliyə ilə bağlı intensiv müzakirələr apardığını bildirib.

“Biz insanların Azovstaldan təxliyəsi üçün əlimizdən gələni edirik”, - BMT baş katibi deyib.

Dünya təşkilatının rəhbəri Mariupoldakı vəziyyəti böhran daxilində böhran adlandırıb.

Xatırladaq ki, aprelin 28-də BMT baş katibi Antoniu Quterreş dağıdılmış Borodyankaya səfər edib. O, gördüklərindən dəhşətə gəldiyini qeyd edib.

Açar sözlər:

Oxunub: 318