Ukrayna Baş Qərargahı: "Ötən sutkada Rusiyanın 10 hava hədəfi məhv edilib"


09:43     30 Aprel 2022 22_04_30_1651297500.jpg

Ötən sutkada Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin 10 hava hədəfini məhv ediblər: 1 döyüş təyyarəsi, 9 “Orlan” PUA.

Femida.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, eyni dövr ərzində işğalçı qüvvələrin 11 tank, 7 artileriya sistemi, 28 zirehli texnikası və 14 avtomobili zərərsizləşdirilib.

Bundan başqa, ölkənin Donetsk və Luqansk vilayətlərində Rusiyanın 14 hücumu dəf edilib.

Xatırladaq ki, bu gün Ukrayna-Rusiya müharibəsinin 66-cı günü başlayıb.

Açar sözlər:

Oxunub: 325