DİN: "Yeniyetmənin döyülməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanılıb"


11:38     30 Aprel 2022 22_04_30_1651303017.jpg

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə yeniyetmə oğlanın döyülməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazirlik yayılan videogörüntülərlə bağlı məlumatlıdır.

Qeyd edilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, “TikTok” sosial şəbəkəsində bir neçə yeniyetmənin həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, döydükləri və təhqir etdikləri barədə videogörüntülər paylaşılıb.

Açar sözlər:

Oxunub: 366