ABŞ hərbçilərinin Ukraynaya göndərilməsi ilə bağlı qətnamə Konqresə təqdim edilib
22:25 01 May 2022
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Adam Kinzinqer Rusiyanın kütləvi qırğın silahlarından istifadə edəcəyi halda Ukraynanın müdafiəsi üçün ABŞ hərbi qüvvələrinin istifadəsinə icazə verən qətnamə layihəsi təqdim edib.
Femida.az xəbər verir ki, bu təşəbbüs təsdiq olunarsa, ABŞ prezidentinə Rusiyanın Ukraynaya qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə etməsi ssenarisinə cavab vermək üçün ABŞ Silahlı Qüvvələrindən istifadə etmək səlahiyyəti verəcək.
“Dövlət katibi Enton) Blinkenlə danışdıqdan və onun Rusiya Prezidenti Vladimir Putinin kimyəvi silahdan istifadə ehtimalı ilə bağlı ciddi narahatlığını dinlədikdən sonra, əminəm ki, ABŞ dünya ictimaiyyətinə mənasız zorakılığa dözməyəcəyini nümayiş etdirəcək”-deyə, Kinzinqer bildirib.
Konqresmenin sözlərinə görə, bu qətnamə ABŞ administrasiyasının Rusiya kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə edərsə, müvafiq tədbirlər görməsini təmin etmək üçün hazırlanıb: “Biz bəşəriyyətin müdafiəsinə qalxmalıyıq və bunu müttəfiqlərimizlə birlikdə etməliyik”, - ABŞ qanunvericisi vurğulayıb.
İndiyədək ABŞ prezidenti Cozef Baydenin administrasiyası Amerika qoşunlarının Ukraynaya göndərilməsi ehtimalını qəti şəkildə rədd edərək, belə bir ssenarinin Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma riskini doğuracağı ilə izah edib.
Oxunub: 317
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb