"Nərminin meytinin tapıldığı gün..." - İlkin Süleymanov ifadə verdi


20:17     04 May 2022 22_05_04_1651681080.jpg

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Femida.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib: "Nərminin meytinin tapıldığı gün əvvəl qonşuma dedim. Daha sonra polis əməkdaşı olan Murada zəng edərək məlumat verdik. O da bizə meyiti söndürməyimizi və video çəkiliş aparmağımızı söylədi. Meyitin arxa tərəfində yerdə 3-4 ayaq izləri də var idi.

Daha sonra mən şübhəli şəxs qismində saxlanılıb Tovuz Rayon Polis Şöbəsinə aparıldım. Orada məni hədələdilər".
Növbəti məhkəmə prosesi mayın 11-nə təyin olunub.

Açar sözlər:

Oxunub: 364