Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 14 milyard dollar azalıb


14:17     07 May 2022 22_05_07_1651911447.jpg

Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 2,3% (və ya 14 milyard ABŞ dolları) azalaraq 29 aprel tarixinə 593,1 milyard ABŞ dolları təşkil edib.

Femida.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.

Qeyd edək ki, aprelin 22-nə olan vəziyyətə görə, Rusiyanın beynəlxalq ehtiyatları 607,1 milyard ABŞ dolları təşkil etmişdi.

Açar sözlər:

Oxunub: 375