Qobustanda top mərmisi aşkar edilib
20:25 07 May 2022
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobustan kəndinin ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.
Nazirlikdən Femida.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX)
minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd təlim-atış xarakterli 100 mm-lik top mərmisi və onun döyüş başlığı olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Oxunub: 357
Oxşar xəbərlər
- Qobustanda insan sümükləri aşkarlanıb
- Qobustanda avtomobil 2 piyadanı vuraraq öldürüb
- Qobustanda “patı” satan qadın saxlanılıb
- Qobustanda zəlzələ olub
- Qobustanda dostunu öldürən şəxsə hökm oxunub
- Qobustanda koronaviruslu xəstələr üçün modul xəstəxana açıldı
- Qobustanda yük maşını yanıb
- Qobustanda bir ailənin 5 üzvü zəhərləndi, nənə öldü
- Qobustanda iki qadın dəm qazından zəhərlənib
- Qobustanda 35 yeni abonentə qaz verilib