Əməliyyatdan sonra parça xəstənin qarnında qaldı - DƏHŞƏT


03:47     18 Yanvar 2016 big-2_fotor_collage.jpg


Rusiyada qeysəriyyə əməliyyatı zamanı həkimlər böyük səhvə yol veriblər.

Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburq şəhərində əməliyyat olunan qadının 24 gündən sonra qarnından 50 sm uzunluqda parça aşkar edilib.


Belə ki, Olya adlı xəstə qeysəriyyə əməliyyatından sonra evə buraxılsa da, o özünü yaxşı etməyib. 24 gündən sonra həkimə müraciət edən qadının yoxlanış zamanı bədənində parça olduğu ortaya çıxıb.

Hadisədən şoka düşən ailə xəstəxanaya qarşı 2 milyon rubl məbləğində təzminat davası açıb.

Xəstəni əməliyyat edən həkimlərlə bağlı polis tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1429