Sərnişin avtobusunda ər arvadını qətlə yetirib


18:04     21 May 2022 22_05_21_1653141933.jpg

Tbilisidə Quramişvili prospektində sərnişin avtobusunda qətl hadisəsi törədilib.

Kişi mübahisə zəminində həyat yoldaşının boğazını bıçaqla kəsib.

Hadisənin cütlüyün azyaşlı övladlarının gözləri qarşısında baş verdiyi bildirilir. Qadın aldığı yaralardan ölüb.

Cinayəti törədən şəxs hadisə yerində saxlanılıb. Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 318