Şamaxıda yol qəzasında ər və arvad xəsarət alıb


10:53     25 May 2022 22_05_25_1653460425.jpg

Şamaxı rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Bəndalıyev Elşad Vahid oğlu və həyat yoldaşı, 1990-cı il təvəllüdlü Bəndalıyeva Esmira Yaqub qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 278