Azərbaycanda daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-i geri qaytarılacaq
20:18 25 May 2022
Azərbaycanda fiziki şəxslərin müxtəlif binalardan əldə etdikləri daşınmaz əmlaklara görə ödənilmiş əlavə dəyər vergisinin 30%-i geri qaytarılacaq.
Femida.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda öz əksini tapıb.
Qaydaya əsasən, geri ödəniş nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə həyata keçirilir.
ƏDV alıcının bank hesabına köçürülür.
Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlakın tam dəyəri ödənildikdən sonra qaytarılır.
Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və yaxud qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və yaxud qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və yaxud qeyri-yaşayış sahəsi əsas götürülür.
Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
Oxunub: 345
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib