Jurnalist Əfqan Sadıqov əfv edilib


20:30     27 May 2022 22_05_27_1653669468.jpg

Jurnalist Əfqan Sadıqov əfv edilib.

Femida.az-ın xəbərinə görə, Prezident İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında onun da adı var.

Xatırladaq ki, 2020-ci ilin mayında “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqov Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 noyabr 2020-ci il tarixli hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Sumqayıt Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə hökm Əfqan Sadıqova münasibətdə dəyişdirilməklə, təyin edilən 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 ilə endirilib.

Açar sözlər:

Oxunub: 385