Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs həbs edilib
11:57 29 May 2022
Saatlıda həyətində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aqrotexniki qaydada qulluq göstərilməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla həmin şəxsin rayonun Sarıcalar kənd sakini Natiq Cəfərzadə olduğu müəyyən edilib.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 29 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Rayon məhkəməsinin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxunub: 256
Oxşar xəbərlər
- Saatlıda mağazada yanğın olub
- Saatlıda karantin qaydalarını pozan toy məclisi aşkarlanıb
- Saatlıda ev yanıb
- Saatlıda itkin düşən azyaşlı tapılıb
- Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
- Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib
- Saatlıda bir sıra obyektlərdə karantin qaydalarının pozulması aşkarlanıb
- Saatlıda qaydaların pozulduğu iki toy aşkarlanıb
- Saatlıda doğuş zamanı ana və körpəsi ölüb
- Saatlıda karantini pozan iki toy məclisi aşkarlanıb