Pakistanın Baş naziri Türkiyəyə səfər edəcək
17:22 30 May 2022
Sabah Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edəcək.
Femida.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 3 günlük səfər çərçivəsində Baş nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü nəzərdə tutulub. Bunun ardınca nümayəndə heyəti səviyyəsində danışıqlar aparılacaq.
Nazirlik vurğulayıb ki, iki lider Pakistan-Türkiyə ikitərəfli münasibətlərinin bütün istiqamətlərini əhatə etməklə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Hər iki lider görüşlərdən sonra birgə mətbuat konfransında çıxış edəcək. Prezident R.T.Ərdoğan Baş nazirin şərəfinə şam yeməyi verəcək.
Qeyd edək ki, bu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Türkiyəyə ilk rəsmi səfəridir.
Oxunub: 308
Oxşar xəbərlər
- Pakistanın cənub-qərbində 9 yaraqlı zərərsizləşdirilib
- Pakistanın Baş naziri bu gün Türkiyəyə səfər edəcək
- Pakistanın yeni Baş naziri seçilib
- Pakistanın Baş naziri İmran Xan istefa verib
- Pakistanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib
- Pakistanın Baş naziri 23 ildən sonra ilk dəfə Rusiyaya səfər edəcək
- Pakistanın baş diplomatı Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
- Pakistanın cənub-qərbində terrorçulara qarşı əməliyyat keçirilib
- Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib
- Pakistanın hərbi nümayəndə heyəti hərbi təhsil müəssisələrini ziyarət edib