Mehdiabadda yeniyetməni avtomobil vurub


10:38     31 May 2022 22_05_31_1653975934.jpg

Abşeron rayonunda 12 yaşlı yeniyetməni avtomobil vurub.

Femida.az-ın məlumatına görə, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Ələkbərov Muhammed Röyal oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Açar sözlər:

Oxunub: 247