ABŞ Ukraynadan Qərb silahlarını Rusiyaya qarşı istifadə etməyəcəyi ilə bağlı zəmanət alıb
09:13 03 İyun 2022
ABŞ Dövlət Departamenti Ukrayna rəhbərliyindən Qərb silahlarının Rusiyadakı hədəflərə qarşı əməliyyatlarda istifadə olunmayacağına dair zəmanət aldıqlarını təsdiqləyib.
Femida.az-ın məlumatına görə, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı bildirib.
O vurğulayıb ki, Ukrayna Rusiyanın hücumuna cavab vermək hüququna malikdir və ABŞ müttəfiqləri ilə birlikdə Ukrayna Silahlı Qüvvələrini müdafiə silahları ilə təmin edir.
Bununla belə, o qeyd edib ki, Ukrayna bu silahlardan yalnız öz ərazisində istifadəyə zəmanət verib: “Düzdür, biz ukraynalı tərəfdaşlarımızdan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün bu silahlardan istifadə etməyəcəklərinə dair təminat almışıq. Ukraynadakı döyüşlərin hər mərhələsində ABŞ və digər ölkələr ukraynalı tərəfdaşlarına tam olaraq istədikləri şeyi təqdim ediblər. Məqsədimiz bu müharibəni bitirmək üçün əlimizdən gələni etməkdir”.
O, ABŞ-ın həm döyüş meydanında, həm də danışıqlar masası arxasında Ukraynanın mövqeyini gücləndirəcəyinə əmin edib.
“Lakin biz əmin olmaq istəyirik ki, nə biz, nə də beynəlxalq ictimaiyyət bu münaqişəni lazımsız şəkildə davam etdirə biləcək heç bir iş görməsin. İndi müharibəni uzatmağa çalışan Rusiyadır. Əgər Ukrayna bu gün mübarizəni dayandırsa, sabah suveren, müstəqil Ukrayna dövləti olmayacaq. Əgər Rusiya bu gün döyüşü dayandırsa, o zaman müharibə olmayacaq”.
Oxunub: 231
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- ABŞ-da paradda atışmada ölənlərin sayı 7 nəfərə çatıb
- ABŞ və İran nümayəndələri arasında danışıqlar davam etdiriləcək
- Abşeronda quldurluq edən iki nəfər saxlanılıb
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb