Abşeronda avtomobillə vurulan qadın ağır xəsarət alıb


10:14     03 İyun 2022 22_06_03_1654231907.jpg

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Allahverdiyeva Sveta İman qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beynin əzilməsi diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 2664