Zaxarova: "Rusiya Ukraynadakı münaqişənin həllində vasitəçilik roluna görə Türkiyəyə minnətdardır"
16:38 03 İyun 2022
“Biz hər zaman vasitəçilik funksiyası ilə çıxış edən, öz səylərini təklif edən ölkələrə, siyasi xadimlərə, dövlət başçılarına minnətdarıq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə Türkiyə Prezidentinin rəsmi Moskva, Kiyev və BMT arasında görüşün İstanbulda keçirilməsi ilə bağlı təklifini şərh edərkən deyib.
“Biz istənilən şəraitdə sülhlə bağlı istənilən vasitəçilik istəyinə görə minnətdarıq. Bu, bir çox ölkələrin öz qanunlarına, ənənələrinə zidd olaraq hərəkət etməsi və ya aqressiv ritorika ənənələrini davam etdirməsi və sülh yolu ilə nizamlanmadan, istənilən diplomatik cəhdlərdən imtina etməsi fonunda xüsusi əhəmiyyət kəsb edir”, - o bildirib.
M.Zaxarova həmçinin qeyd edib ki, vasitəçiliklə bağlı istənilən fikir hər zaman dəyərlidir:
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı zamanı İstanbulda Rusiya, Ukrayna və BMT arasında görüş təşkil etməyi təklif etmişdi.
Oxunub: 362
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"