Azərbaycanda son sutkada 13 nəfər koronavirusa yoluxub, ölən olmayıb


16:37     04 İyun 2022 22_06_04_1654349880.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 040 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib. 51 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 302, bu günə qədər isə ümumilikdə 6 905 419 test icra olunub.

Açar sözlər:

Oxunub: 250