Zəncirvari qəzada 4 avtomobil toqquşdu


09:55     06 İyun 2022 qeza_avto.jpg

Bakının Nizami rayonunda ağır yol-nəqliyyatı hadisəsi baş verib .

APA TV xəbər verir ki, qəza Babək prospektində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı maşının sürücüsü işıqforla tənzimlənən yol ayrıcından keçərkən əvvəlcə “Daewoo” daha sonra “Toyota” və “Mercedes” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində 4 avtomobil yararsız hala düşüb.”Hyundai” markalı avtomobilin sürücüsü və sərnişini Fərəcova Sarabəyim Rəhim qızı ağır bədən xəsarətləri alıb. Yaralılar 3 nömrəli Sabunçu xəstəxanasına yerləşdirilib. Əraziyə Nizami Rayon Polis İdarəsinin və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Hadisənin dəqiq səbəbləri yaxınlıqdakı müşahidə kameralarının lentə aldığı görüntülərə baxıldıqdan sonra məlum olacaq.

Deformasiyaya uğrayan avtomobillər evakuator vasitəsilə cərimə meydançasına yerləşdirilib.



Açar sözlər:

Oxunub: 269