Britaniya kəşfiyyatı: "Rusiya Kiyevə vurduğu raket zərbələri ilə silah tədarükünü pozmaq istəyir"
13:22 06 İyun 2022
“İyunun 5-də səhər saatlarında Rusiyanın “X-101” qanadlı raketləri Kiyevdə dəmir yolu infrastrukturuna zərbələr endirib. Ehtimal ki, məqsəd Qərbin hərbi texnikasının Ukraynanın ön xətt bölmələrinə tədarükünü pozmaq olub”.
Femida.az-In xəbərinə görə, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
Məlumata görə, Donbasda Severodonetsk şəhərində şiddətli döyüşlər davam edir və Rusiya qüvvələri Ukrayna qüvvələrini mühasirəyə almağa cəhdləri çərçivəsində Slavyanska doğru irəliləməyə davam edir:
“Apreldə Moskva kreyserinin itirilməsindən sonra dənizdə Rusiya qüvvələri, çox güman ki, “SA-15” və “SA-22” sistemləri də daxil olmaqla, Qara dənizin qərbindəki İlan adasına çoxlu hava hücumundan müdafiə vasitələrini köçürüb”.
Bildirilib ki, bu silahlar İlan adası ətrafında hərəkət edən Rusiya hərbi gəmiləri üçün hava hücumundan müdafiəni təmin etmək məqsədilə nəzərdə tutulub:
“Rusiyanın İlan adasındakı fəaliyyəti onun Ukrayna sahillərini blokadaya almasına yol açır və dəniz ticarətinin, o cümlədən Ukrayna taxılının ixracının bərpasına mane olur”.
Oxunub: 379
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"