Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”
18:39 06 İyun 2022
Tanınmış həkimin anası vəfat etdi - “Qətl olduğunu düşünürük”
Tanınmış həkim terapevt Aysel Əskərovanın anası vəfat edib.
Bu barədə paylaşım edən həkimin iddiasına görə, anası öz əcəli ilə ölməyib, qarət məqsədilə öldürülüb: “Anamın pilləkəndən yıxılaraq həyatını itirdiyini dedilər. Biz bunun qarət məqsədilə törədilmiş qətl olduğunu düşünürük”.
“Qafqazinfo” məsələ ilə bağlı Aysel Əskərovanın özü ilə əlaqə saxlayıb. O, sayta açıqlamasında bildirib ki, hadisə ötən gecə Lənkəranın Girdəni kəndində baş verib: “Anam 1965-ci il təvəllüdlüdür. Bacım qızı ilə yaşayırdı. Qız səhər oyanıb görüb ki, anamın üst-başı qan içindədir. İlkin məlumat olaraq onun pilləkəndən yıxılıb öldüyünü deyirlər. Amma biz buna inanmırıq, anamın üzərində xəsarət izləri var”. – deyə həkim bildirib.
Qeyd edək ki, hüquq-mühafizə orqanları hadisə barədə araşdırma aparır.
Oxunub: 427
Oxşar xəbərlər
- Tanınmış jurnalist vəfat etdi
- Tanınmış ukraynalı jurnalist döyüşlər zamanı həlak olub
- Tanınmış türk iş adamı öldürüldü
- Tanınmış pediatr koronavirusdan öldü
- Tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb
- Tanınmış musiqiçi dənizdə boğulub öldü
- Tanınmış azərbaycanlı müğənni koronavirusdan vəfat etdi
- Tanınmış telejurnalistin həkimə qarşı iddiası üzrə ekspertiza təyin edilib
- Tanınmış otellər şəbəkəsinin başçısı vəfat edib
- Tanınmış alim Tariyel Bədəlov vəfat edib