Boliviyanın keçmiş prezidenti 15 il müddətinə həbs oluna bilər


09:14     07 İyun 2022 22_06_07_1654577897.jpg

Boliviya Baş Prokurorluğu dövlət çevrilişi ilə bağlı işdə keçmiş müvəqqəti prezident Janin Anyes üçün 15 illik həbs tələb edir.

Femida.az xarici mətbuata istinadən xəbər verir ki, bunu baş prokuror Xuan Lançipa ​​məhkəmə iclaslarının yekun mərhələsi başlamazdan əvvəl deyib.

"Baş Prokurorluq xanım Janin Anyes üçün məhkəmədən 15 illik həbs cəzası istəyəcək", - "Paxina Syete" qəzeti onun sözlərindən sitat gətirir.

Anyes keçən il martın 13-dən həbsdədir. Dövlət çevrilişi işinin bir hissəsi olaraq o, terror, fitnə və sui-qəsddə ittiham olunub. Anyes özünü siyasi təqib qurbanı hesab edir.

Açar sözlər:

Oxunub: 262


Oxşar xəbərlər