G7 Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq imkanlarını araşdırır


11:47     09 İyun 2022 22_06_09_1654756199.jpg

G7 ("Böyük Yeddilik") ölkələri Rusiyadan tədarük olunan neftin qiymətinin müəyyən edilməsi imkanını müzakirə edirlər. Bu cür müzakirələr Moskvanın gəlirlərini azaltmaq və Ukraynaya qarşı müharibəni maliyyələşdirmək məqsədi ilə aparılır.

Bu barədə Femida.az ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın bəyanatına istinadən xəbər verir.

O qeyd edib ki, enerji məsələlərinə dair danışıqlar bir çox kanallar vasitəsilə aparılır.

"Bu kanallardan birini "Böyük Yeddilik" ölkələri liderlərinin etibarlı adamları olan şerpalar təmsil edir. Görək, həm enerji mövzusunda, həm də Rusiyanın neft gəlirlərinin azaldılmasının müxtəlif variantları üzrə ümumilikdə hansı uğura nail olacağıq", - Sallivan deyib.

Bir gün əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen deyib ki, Birləşmiş Ştatlar Moskvanın onun satışından əldə etdiyi gəliri məhdudlaşdırmaq şərti ilə Rusiya neftinin dünya bazarına çıxarılmasının əleyhinə deyil.

Açar sözlər:

Oxunub: 290