İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək


12:14     10 İyun 2022 22_06_10_1654846227.jpg

İyunun 13-dən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) 10 saylı Ərazi Vergilər İdarəsinin İsmayıllı rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzi cari təmir işləri ilə əlaqədar 15 gün müddətində müvəqqəti olaraq fəaliyyət göstərməyəcək.

Femida.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, 10 saylı Ərazi Vergilər İdarəsində vergi uçotunda olan vergi ödəyiciləri DVX-nin təqdim etdiyi üzbəüz xidmətlərdən yararlanmaq üçün Qəbələ rayonunda yerləşən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərlər.

DVX tərəfindən göstərilən xidmətlərin əksəriyyətinin elektronlaşdırıldığını nəzərə alaraq, e-xidmətlərdən faydalanmağı, xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni hər hansı xidmətin elektron analoqu olmadıqda müraciət etmək tövsiyə olunur.

Açar sözlər:

Oxunub: 324