Haitidə 38 nəfər girov götürülüb


11:54     11 İyun 2022 22_06_11_1654928476.jpg

Haitidə cinayətkar dəstənin üzvləri iki avtobusu qaçıraraq maşında olan 36 sərnişin və iki sürücünü oğurlayıblar.

Femida.az xəbər verir ki, bu barədə “Agency France-Presse” agentliyi yerli sürücülər assosiasiyasının rəhbərinə istinadən məlumat yayıb.

Bildirilib ki, insident Haitinin paytaxtı Port-o-Prinsin qərb çıxışında baş verib. Onun iki kilometrlik hissəsi tamamilə silahlı qrupların nəzarətində olduğundan sürücülərə bu yolda hərəkət etməmələri tövsiyə olunur. Lakin qeyri-rəsmi pul yığımları səbəbindən ölkə sakinlərinin heç də hamısının alternativ yol seçmək imkanı yoxdur.

Oğurlanmanın başqa təfərrüatları açıqlanmayıb.

AFP vurğulayıb ki, may ayında BMT Haitidə azı 200 insan oğurluğu hadisəsini qeydə alıb, bu hadisələrin əksəriyyəti paytaxtda baş verib.

Açar sözlər:

Oxunub: 249