Ötən ay vaksin vurdurmaq üçün növbə götürənlərin sayı açıqlanıb


10:59     13 İyun 2022 2021/02/VAKSİN_1612365042.jpg

Ötən ay Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya üçün onlayn növbə götürənlərin sayı məlum olub.

Femida.az-ın məlumatına görə, may ayında ümumilikdə 9 140 nəfər onlayn növbəyə yazılıb.

Növbə götürənlərin 8 143-ü CoronaVac, 996-sı Biontech/Pfizer, 1-i sə Sputnik vaksini üçün müraciət edib.

Həmin müddətdə 17 754 nəfər koronavirus üçün PZR analizinin nəticəsini onlayn qaydada əldə edib.

Açar sözlər:

Oxunub: 326