DİN “Porsche”nin piyadanı vurub öldürməsi ilə bağlı açıqlama yayıb


12:17     14 İyun 2022 22_06_14_1655194682.jpg

Daxili İşlər Nazirliyi (DİN) “Porsche”nin piyadanı vurub öldürməsi ilə bağlı açıqlama yayıb.

DİN-dən Femida.az-a verilən məlumata görə, iyunun 13-də saat 23 radələrində Yasamal rayonunun M.Xiyabani küçəsində Bakı şəhər sakini Ç.Ağazadə idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini Ayxan Səlimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 268