Sabah “Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçiriləcək


18:58     16 İyun 2022 22_06_16_1655398763.jpg

Sabah, iyunun 17-də saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.

Bu barədə Femida.az-a “Azəriqaz”dan məlumat verilib.

Bildirilib ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Açar sözlər:

Oxunub: 256