Qaxda 2 avtomobil toqquşub, xəsarət alanlar var


20:55     20 İyun 2022 22_06_20_1655743097.jpg

Qax rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, qəza rayonun Qaxbaş kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mitsubishi" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində avtomobillərdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Açar sözlər:

Oxunub: 325