33 yaşlı kişi qətlə yetirilib
10:31 22 İyun 2022
Samuxda 33 yaşlı kişi qətlə yetirilib.
Bu barədə Femida.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyunun 22-si gecə saatlarında rayonun Füzuli kəndi ərazisində 1989-cu il təvəllüdlü Cavid Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin tanışı, 1990-cı il təvəllüdlü Mədət Tağıyevin yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Samux Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Mədət Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 230
Oxşar xəbərlər
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Azərbaycanda daha 333 nəfər koronavirusa yoluxub
- DİM 25 339 abituriyent üçün qəbul imtahanı keçirəcək
- Aİ ukraynalı qaçqınlara dəstək üçün 433 milyon avro ayıracaq
- Ukraynada müharibədə 338 uşaq ölüb
- Bakı sakininin 8330 manat pulu soyğunçuluq yolu ilə əlindən alınıb
- Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
- Bakıda 33 yaşlı kişini avtomobil vurub
- Zərərçəkmiş: "Maqsud Mahmudov mənə 335 min manat ziyan vurub"
- Bakıda 33 yaşlı kişini avtomobil vurub