Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb


12:47     25 İyun 2022 22_06_25_1656138348.jpg

Ermənistanda hərbçiləri daşıyan avtomobillər qəzaya düşüb.

Femida.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisə İrəvan-Mehri yolunun Qərbi Zəngəzurdan keçən hissəsində qeydə alınıb.

“KamAz” və “Mercedes” markalı 2 hərbi maşın toqquşub. Nəticədə 1 əsgər hadisə yerində ölüb, 4-ü yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Açar sözlər:

Oxunub: 320