İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib
19:44 26 İyun 2022
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.
Femida.az xəbər verir ki, dövlətimizin başçısı Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub.
Dövlət başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub.
Dövləti başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib.
Sonra Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.
Prezident Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.
Sonra dövlət başçısı çıxış edib.
Oxunub: 479
Oxşar xəbərlər
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- İlham Əliyev və Mehriban Əliyeva Qaraxanbəylidə Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər
- İlham Əliyev Koreya Prezidentinin xüsusi nümayəndəsini qəbul edib
- İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər
- İlham Əliyev: “Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yer üzündən silinib”
- İlham Əliyev bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
- İlham Əliyev Özbəkistan Prezidentinə təşəkkür edib
- İlham Əliyev Pirallahıda avtomobil yollarının yenidən qurulmasına vəsait ayırıb
- İlham Əliyev iranlı həmkarına başsağlığı verib
- İlham Əliyev BƏƏ-nin Vitse-prezidenti və Əbu-Dabi Əmirliyinin Vəliəhdinə başsağlığı verib