Marneulidə binanın eyvanı uçub, ölən və xəsarət alanlar var


21:23     26 İyun 2022 22_06_26_1656264231.jpg

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində beşmərtəbəli binada uçqun olub.

Femida.az xəbər verir ki, 5-ci mərtəbədəki mənzilin eyvanının uçması nəticəsində 4-cü mərtəbədəki eyvan da dağılıb.

Hadisə zamanı 40 yaşlı qadın ölüb, iki nəfər isə xəsarət alıb. Yaralananlardan biri hamilə qadındır. Onlar xəstəxanaya çatdırılıb.

Yaralananlardan digəri 8 yaşlı uşaqdır. Çoxsaylı sınıqları olduğundan uşağın Tbilisidəki klinikalardan birinə köçürülməsinə qərar verilib.

Əraziyə polis və xilasedicilər cəlb olunub.

Açar sözlər:

Oxunub: 258