Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb


11:14     27 İyun 2022 22_06_27_1656312636.jpg

Xəzər rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 26-da saat 22 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Xaçmaz rayon sakini Rəşad Zəkiyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada ölüb.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 263