Ağ Ev: Baydenlə Ərdoğan görüşəcək


19:06     27 İyun 2022 22_06_27_1656342407.jpg

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun liderlər zirvəsinin keçiriləcəyi Madriddə ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

Femida.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Sallivan qeyd edib ki, görüşdə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə etirazı müzakirə ediləcək.

NATO Zirvə toplantısında bütün problemlərin həllinin mümkün olmadığını bildirən Sallivan Türkiyənin narahatlığına baxmayaraq, iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəzi problemlərin həlli üçün səy göstəriləcəyini bildirib.

Açar sözlər:

Oxunub: 318