Hindistanlının izi tapılıb? - Polisdən AÇIQLAMA


19:14     29 İyun 2022 2022/06/62bc3bbb50ece62bc3bbb50ecf165650322762bc3bbb50ecb62bc3bbb50ecc_1656515769.jpeg

Zaqatala dağlarında itən hindistanlı turist 29 yaşlı Manikanth Kondaveetinin axtarışları davam edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov Femida.az-a bildirib ki, axtarışlar zamanı hələlik heç bir izə rast gəlinməyib: "Axtarışlar Qəbizdərə, Honzoqor yaylağında və ətraf dağlarda davam etdirilir. Hələlik turistə aid heç bir izə rast gəlinməyib".

Qeyd edək ki, hindistanlı turist 29 yaşlı Manikanth Kondaveeti mayın 12-də Zaqatalada oteldən çıxaraq, naməlum istiqamətdə gedib. Bundan sonra onunla əlaqə saxlamaq olmayıb. Yalnız mayın 13-də onun mobil telefonun "GPS" vasitəsilə harada olduğu izlənilib. Sonra isə bu axtarış vasitəsi də əlçatmaz olub.


Açar sözlər:

Oxunub: 232


Oxşar xəbərlər