Pakistanda avtobus dərəyə aşıb, 19 nəfər ölüb


14:49     03 İyul 2022 22_07_03_1656845389.jpg

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb, 12 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.

Hadisəyə səbəb yağış zamanı sürücünün idarəetməni itirməsi olub.

Yaralılar yerli xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

Bəlucistan əyalətinin paytaxtı Kvettadan İslamabada gedən avtobusda 30 sərnişin olub.

Açar sözlər:

Oxunub: 273