"Baku Bus"un sürücüsü ürəyindən bıçaqlandı


09:55     04 İyul 2022 22_07_04_1656911308.jpg

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.



Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.


Gülçülük Sovxozu ərazisində 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu toydan çıxarkən tanımadığı şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.



Qeyd edək ki, R.Məmmədov Baku Bus MMC-nin əməkdaşıdır. O, avtobusların birində sürücü kimi fəaliyyət göstərir.

Açar sözlər:

Oxunub: 241