AİB Ukraynaya əlavə 700 milyon dollar ayıracaq
20:36 04 İyul 2022
Avropa İnvestisiya Bankı (AİB) Ukraynaya əlavə olaraq 700 milyon dollar ayıracaq.
Femida.az UNİAN-a istinadən xəbər verir ki, bunu bankın vitse-prezidenti Tereza Çervinskaya İsveçrənin Luqano şəhərində keçirilən Ukraynanın Yenidənqurulması üzrə Beynəlxalq Konfransda deyib.
"Avropa İnvestisiya Bankı Ukraynanı dəstəkləməyə davam edəcək. Tez zamanda bərpa və uzunmüddətli dəstək lazımdır," - Çervinskaya bildirib.
Oxunub: 312