Mingəçevirdə qanunsuz qum-çınqıl hasilatı işləri aparan şəxsin cinayət işi məhkəməyə göndərilib


11:58     05 İyul 2022 22_07_05_1657005886.jpg

Mingəçevir şəhəri ərazisində Zəkəriyəyev Nəriman Şirin oğlu tərəfindən qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Femida.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Nəriman Zəkəriyəyev Mingəçevir şəhərində Kür çayı axmazında yerləşən qum-çınqıl yatağında öz qulluq mövqeyindən istifadə etməklə 2018-ci ilin may ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində dövlət mülkiyyətində olan 9.400 m2 torpaq sahəsini qazanc əldə etmək məqsədilə özbaşına istismar edərək dövlətə və təbiətə 202 min manat məbləğində maddi ziyan vurub.

Toplanmış sübutlar əsasında Nəriman Zəkəriyəyevə Cinayət Məcəlləsinin 188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 247 (İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 3136