Əfqanıstandan Özbəkistan ərazisinə 5 raket atılıb


09:34     06 İyul 2022 22_07_06_1657053305.jpg

Özbəkistan ərazisinə Əfqanıstan istiqamətindən beş raket atılıb.

Femida.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik tələfat, xəsarət alan və dağıntıların olmadığını bildirib.

"Termizin Majnuntol məhəlləsində 4 fərdi yaşayış evinə cüzi ziyan dəyib, beşinci mərmi futbol meydançasında tapılıb. Aşkar edilmiş mərmilər istehkamçılar tərəfindən zərərsizləşdirilib", - məlumatda deyilir.

Hazırda Özbəkistanın səlahiyyətli orqanları Əfqanıstan tərəfi ilə birlikdə insidentin səbəblərini müəyyən etmək üçün lazımi tədbirləri həyata keçirir.

Açar sözlər:

Oxunub: 392