Şri-Lankada etirazçılar prezident iqamətgahını ələ keçirib


13:30     09 İyul 2022 22_07_09_1657357745.jpg

Şri-Lanknın paytaxtı Kolomboda etirazçılar prezident iqamətgahını ələ keçiriblər.

Femida.az xəbər verir ki, məlumatı “Adaderana” yayıb.

İqamətgah paytaxtın Canadxipati Mavata rayonunda yerləşir.

Polis aksiya iştirakçılarına gözyaşardıcı qaz tətbiq edib. Asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma olub. Nəticədə az 33 nəfər yaralanıb.

Şri-Lanka Prezdienti Qotabxai Racapaksa saraydan qaçaraq xilas olub. Dövlət başçısının olduğu yer məlum deyil.

Qeyd edək ki, aprelin əvvəlindən Şri-Lankada yaşayış şəraitinin pisləşməsi, yanacaq, ərzaq və zəruri malların çatışmazlığına qarşı kütləvi etirazlar davam edir. COVID-19 pandemiyası səbəbindən ölkəyə xarici turistlərin az gəlməsi valyuta ehtiyatlarının azalmasına gətirib çıxarıb. Bu şəraitdə Şri-Lanka hakimiyyəti resurslara qənaət tətbiq etməyə və idxalı azaltmağa məcbur olub. Nəticədə mart ayında inflyasiya 25%-ə çatıb. Xarici borclanma və iqtisadi böhranla mübarizəyə ölkənin 51 milyard dollara çatan xarici borcu əngəl törədir.

Etiraz aksiyalarından sonra Şri-Lanka Prezidenti Qotabxai Racapaksa Baş nazir, qardaşı Mahinda Racapaksanın və hökumətin istefasını qəbul edib.

Açar sözlər:

Oxunub: 378