Pirşağıda 40 yaşlı kişini avtomobil vurub


09:38     10 İyul 2022 22_07_10_1657431541.jpg

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Pirşağı qəsəbəsində yolu keçən 1982-ci il təvəllüdlü Mursəlov Əsgər Tanrıverdi oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 342


Oxşar xəbərlər