Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"


10:53     16 İyul 2022 22_07_16_1657950847.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ilin ilk 6 ayında əhaliyə 125 milyon elektron xidmət göstərib.

Femida.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.

Onun sözlərinə görə, nazirliyin əhaliyə göstərdiyi xidmətlərin 110-u artıq tam elektron platformadan icra olunur: "Bu ilin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq. Beləliklə, əhaliyə göstərilən xidmətlərin 90 faizi tam elektronlaşmış olacaq. Görülən bu işlər beynəlxalq qurumlar tərəfindən də yüksək dəyərləndirilib. Bu ilin ilk 6 ayında DOST konsepsiyası, elektronlaşma işləri 18 beynəlxalq mükafat və sertifikatla təltif olunub".

Açar sözlər:

Oxunub: 457