Makron: “İranla nüvə sazişinə qayıtmaq hələ də mümkündür”
11:51 24 İyul 2022
İranla “nüvə sazişi”nə qayıtmaq hələ də mümkündür – bir şərtlə ki, danışıqlar mümkün qədər tez bərpa olunsun.
Femida.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İranın dövlət başçısı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib.
"2015-ci il nüvə sazişinə gəlincə, ilə bağlı Fransa Prezidenti əmin olduğunu təsdiqlədi ki, onun tam icrasına qayıtmağa yönəlmiş qərar hələ də mümkündür, lakin bu, mümkün qədər tez edilməlidir. Vyanada danışıqların dayandırılmasından bir neçə ay sonra o, irəliləyişin olmamasından məyusluğunu ifadə etdi və Prezident Rəisinin saziş bağlamaq, nüvə öhdəliklərini yerinə yetirməyə qayıtmaq lehinə aydın seçim etməsində israr etdi”, - Yelisey Sarayının mətbuat xidmətindən bildirilib.
Bundan əlavə, Makron Rəisidən İranda “özbaşına” saxlanılan dörd Fransa vətəndaşının dərhal azad edilməsini tələb edib.
Oxunub: 407
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"