Bərdədə qadının evi yandırılıb, azyaşlı qızı isə bıçaqlanıb


15:35     24 İyul 2022 22_07_24_1658662582.jpg

Bərdədə kişi arvadının evini yandırmaqda şübhəli bilinir.

Hadisə ötən gecə Əliyanlı kəndində qeydə alınıb. İddialara görə, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb.

Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verir. Bu səbəbdən Cəmilə Kərimova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.

Ötən gecə saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna bıçaq xəsarəti endirib.

Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı hüquqi təhqiqat aparılması üçün hüquq mühafizə orqanlarına məlumat verilib.

Açar sözlər:

Oxunub: 438